Növ: Apium graveolens print

O, Xəzərətrafı, Abşeron, Kür-Araz ovalığı, Kür düzü və Lənkəran aranında, bataqlıqlarda, rütubətli yerlərdə bitir. Tərəvəz və ədviyyat bitkisi kimi geniş becərilir. Bir və ya ikiillik bitkidir. Kökətrafı yarpaqları 1-3 cüt, seqmentləri rombşəkillidir. Çətiri çoxsaylı, ləçəkləri ağ, meyvəsi ovalşəkilli bitkilərdir. Ədviyyat, dərman, vitaminli, efiryağlı, bioloji fəal maddələrlə zəngin bitkidir. Kökü və yarpaqları yeyilir.