Cins: Eremurus - Çiriş print

İran-Turan florasına xas olan bitkidir. Avroasiyada yayılan 60-dan çox növü var. Azərbaycanda orta dağ qurşağına qədər quru yamaclarda, kolluqlarda, xüsusən qaratikan kolluqlarında daha çox təsadüf olunur. Kökləri iyəbənzər qalınlaşmış çoxillik bitkidir. Xətvari yarpaqları kök boyuncuğunda yerləşir. Gövdəsi budaqlanmır, salxım tipli çiçək qrupu gövdənin ucunda yerləşir, sarı rənglidir. Erkəkciyi 6 ədəddir. Meyvəsi qutucuqdur. Erkən yazda cavan yarpaqları yeyilir, həmçinin texniki bitkidir.