Növ: Stenotaenia daralaghezica print

Bu növ Naxçıvandan (Şahbuz rayonu, Kükü (Dərəboğaz), Arınc kəndləri ətrafından) məlumdur. Kolluqlar arasında və çəmənliklərdə rast gəlir. Çoxillik otlardır. Gövdəsi yoğun, şırımlı, tükcüklü, 1 m-ə qədər hündürlüyündədir. Yarpaqları 3-5 seqmentə bölünmüş lələkvaridir. Ləçəkləri tünd qırmızı, meyvəsi ovalşəkillidir. Nadir bitkidir, “Qırmızı kitab”a daxil edilib.