Növ: Tordylium maximum print

Ona aşağı və orta dağ qurşağında və kolluqlarda, çay vadiləri, yol kənarında əkin və dincə qoyulmuş torpaqlarda rast gəlinir. Bir və ya ikiillik bitkidir. 50-100 sm hündürlüyündə, gövdəsi kələ-kötürdür. Şırımlı, çətiri 5-15 şüalı, ləçəkləri ağ və ya qırmızımtıldır. Meyvəsi ovalşəkilli, sərt tükcüklü bitkilərdir.