Cins: Amberboa - Amberboa print

Ön və Mərkəzi Asiya, Şimali Afrika və Qafqazda yayılan 15 növü var. Azərbaycanda əksər rayonlarda, arandan orta dağ qurşağınadək quraq gilli, şorakət torpaqlarda, çınqıllı yamaclarda, yarımsəhra bitkiliyi tərkibində yayılan 7 növü məlumdur. Bu növlərdən 2-si Azərbaycandan (Bozdağ və Naxçıvandan) təsvir olunub. Bir və ikiillik otlardır. Yarpaqları bütöv və ya lələkvari bölümlü, səbət çoxçiçəklidir. Kənardakı çiçəkləri daha iri, qıfvari, ortadakılar isə boruşəkillidir. Örtük yarpağı kirəmidvari, tacı çəhrayı, tünd qırmızı, toxumcası uzunsov, tükcüklü, kəkillidir. Dekorativ əhəmiyyəti var.