Cins: Aster - Aster print
- Hüceyrəli formalar
- Üst aləm: Eucaryota
- Aləm: Plantae
- Alt aləm: Embryophyta
- Şöbə: Angiospermae və ya Magnoliophyta
- Sinif: Dicotyledoneae
- Fəsilə: Compositae
- Cins: Aster
Əsasən, Şimali Amerikada, həmçinin Avrasiya, Afrika və Qafqazda yayılan 250-dən çox növü var. Hazırda Azərbaycanda cinsin 2 növü Böyük və Kiçik Qafqaz, Talış və Naxçıvanda, arandan subalp qurşağadək dağ çəmənlərində, qaya çatları və töküntüləri arasında, kolluqlarda, meşənin tala yerlərində yayılıb. Çoxillik otlardır. Gövdəsinin hündürlüyü 10-60 sm, yarpaqları uzunsov-ovaldır. Səbət çiçək qrupu çoxçiçəkli, örtük (sarğı) yarpaqları kirəmidvaridir. Kənarda yerləşən çiçəklər dilcikşəkilli, adətən dişicikli (bəzən steril yaxud ikicinsli), mavi yaxud açıq-çəhrayı, ortadakıları isə boruvari, 5 dişcikli, ikicinslidir. Toxumcanın tükcükləri çoxsıralı, kələ-kötür, qeyri-bərabər uzunluqdadır. Dekorativ bitkilərdir.
- Növ: Aster alpinus
- Növ: Aster ibericus