Cins: Baccharis - Baxaris print

Əsasən, Amerika mənşəli iri cins olub 380-ə qədər növü var. Onlardan çoxu kosmopolitdir. Azərbaycanda park və bağlarda becərilən 1 növü məlumdur. Hündürlüyü 3 m-ə qədər olan ikievli kol bitkisidir. Yarpaqları uzunsov, qısa saplaqlı, sarğı yarpağı kirəmidvari, solğun yaşıldır. Səbət çiçək qrupu dağınıq süpürgə şəklini əmələ gətirir, kəkilin tükcükləri çoxdur, ipək kimi yumşaqdır, meyvənin yanında qalır, ağ yaxud sarımtıldır.Toxumca nazik qabırqacıqlıdır. Dekorativ bitkidir.