Cins: Bombycilaena - Bombisilana print

Avrasiya və Qafqazda yayılan 1 neçə növü var. Azərbaycanda bütün rayonlarda, arandan orta dağ qurşağınadək quraq yerlərdə, çay sahili, yarımsəhra bitkiliyi tərkibində geniş yayılıb. Hündürlüyü 3-20 sm olan birillik, ağımtıl keçə tükcüklərlə örtülü bitkidir. Yarpağı uzunsov olub, növbəli düzülmüşdür. Sarğı yarpaqlardan dişicikli çiçəkləri örtənləri bel tərəfdən tikancıqsızdır. Səbət çiçək qrupu gövdənin ucunda və ya budaqlanan yerlərində yerləşir. Qeyd olunan əlamətləri ilə (örtük yarpağı və çiçəyin yerləşməsi) yaxın Micropus L. cinsindən fərqlənir.