Cins: Doronicum - Doronikum print

Əsasən, Avrasiya və Afrikada 3 növü yayılmışdır. Azərbaycanda 2 növə rast gəlinir. Onlara Böyük və Kiçik Qafqazda, Naxçıvanda, yuxarı dağ qurşağından alp qurşağadək (3000 m), yüksək ot bitkiliyi tərkibində, dağ meşələrində, dağ çayları vadisində rast gəlinir. Çoxillik, kökümsovlu, hündür (50-150 sm) bitkilərdir. Kökətrafı yarpaqları iri, ürəkvari, uzun saplaqlıdır. Səbəti çoxçiçəkli olub, onlardan kənarda yerləşənləri dilcikşəkilli, dişicikli, sarı, ortadakıları isə boruvari, ikicinslidir.  Toxumcası uzunsovdur.