Cins: Calendula - Gülümbahar print

Afrika, Cənubi Avropa, Ön Asiya və Qafqazda yayılan 20-30 növü var. Azərbaycanda cinsin 2 növü məlumdur. 

Bir, iki və çoxillik otlardır. Yarpaqları uzunsov formalı olub, üzəri vəzli-tükcüklüdür. Səbəti çoxçiçəkli, kənardakı çiçəkləri dilcikşəkilli, dişicikli, sarı, narıncı, ortadakılar isə boruşəkilli, ikicinsli, toxumcası əyilmiş, üzəri qırışlı, kəkili yoxdur. Bəzək bitkisi kimi becərilir. Çiçəkləri karotinoidlərlə zəngindir. Gülümbaharın spirtli cövhəri boğaz ağrılarında, diş ətinin iltihabında qarqara kimi, həmçinin yaraların müalicəsində işlədilir.