Cins: Cichorium - Kasnı və ya cırtdaquş print

Dünyanın əksər ölkələrində, xüsusən Avrasiya və Aralıq dənizi ətrafı ölkələrdə geniş yayılan 8 növü var. Azərbaycanın əksər rayonlarında, arandan orta dağ qurşağınadək yol kənarı, əkin sahələri, bağ və bostanlarda geniş yayılan 2 növü var. Çoxillik (bəzən birillik), iyşəkilli ətli köklərə malik bitkidir. Gövdəsi düzqalxan yaxud azbudaqlı, hündürlüyü 1 m-dək olan bitkidir. Yarpaqları lansetvari uzunsov, səbət gövdənin ucunda yaxud yarpaqların qoltuğunda yerləşib, çoxçiçəklidir. Bütün çiçəkləri dilcikşəkilli, mavi rəngli, çiçəkyatağı qısa sərt tükcüklü, toxumcası 3-5 tilli, kəkillidir. Olduqca qiymətli bitkidir. Dərman məqsədilə kasnının kök və çiçəklərindən istifadə olunur.