Cins: Conyza - Koniza print

Avrasiya və Şimali Amerikada yayılan bir neçə növü var. Azərbaycanda 3 növə rast gəlinir. Bir və ya ikiillik otlardır. Yarpaqları xətvari-lansetşəkillidir. Səbət çiçək qrupu çoxçiçəkli, xırda olub, mürəkkəb süpürgə tipli çiçək qrupuna yığılmışdır. Səbətdə kənar çiçəkləri dilcikşəkilli, ağımtıl-çəhrayı rənglidir. Toxumcası çılpaq, kəkili təşkil edən tükcüklər isə qəhvəyi rəngli olub, toxumcadan 2-3 dəfə uzundur. Aşılayıcı, texniki və vitaminli bitkilərdir.