Cins: Crupina - Krupina print

Şərqi Aralıq dənizi, Kiçik Asiya, İran və Qafqazda bir neçə növü yayılmışdır. Azərbaycanda 2 növə rast gəlinir. Onlar əksər rayonlarda, arandan orta dağ qurşağınadək meşə və kolluqlarda, quraq, gilli, çınqıllı yerlərdə geniş yayılmışdır. Bir və ya ikiillik bitkilərdir. Yarpağı oturaq, lələkvari bölümlüdür. Səbət azçiçəkli, çiçəkləri boruşəkilli, kənardakıları steril, ortada yerləşənləri isə ikicinsli, tacı tünd qırmızı rənglidir. Toxumcası uzunsov, kəkili bir neçə sırada yerləşən pulcuq və ya sərt tükcüklüdür.