Cins: Cousinia - Kuziniya print

Avrasiyada, xüsusən Qərbi və Orta Asiyada, Qafqazda yayılan 600 növü var. Kserofil bitki örtüyü tərkibində mühüm rol oynayır. Cinsin Azərbaycanda 20 növü var. Bunlardan 10 növü Azərbaycandan (Naxçıvan və Talışdan) təsvir olunub. Bu onu göstərir ki, Azərbaycanın göstərilən regionları cinsin əsas növ əmələgəlmə mərkəzlərindəndirlər. Çoxillik, bəzən 1-2 illik, əksərən kserofit, tikanlı otlardır. Səbətdə bütün çiçəklər boruşəkilli, ikicinsli, erkəkcikləri qaidəsində lələkvari əlavəlidir. Toxumcası oval, çılpaq, 2-4 dişcikli, kəkili kələ-kötür tükcüklü yaxud tükcüyü inkişaf etməyəndir. Dekorativ əhəmiyyətli növləri var.