Cins: Matricaria - Mollabaşı print

Avrasiya, Afrika və Qafqazda yayılan 30-a yaxın növü var. Azərbaycanda – Kür-Araz ovalığı və Naxçıvanda, aran və dağətəyində alaq bitkiləri arasında 2 növünə rast gəlinir. Birillik, yarpaqları 2-3 dəfə lələkvari bölümlü bitkidir. Səbət uzun saplaq üzərində yerləşir, kənarda yerləşən çiçəkləri dilcikşəkilli, ağ, kənara tərəf əyilən, sarğı yarpaqlarından iki dəfə uzun, ortadakı çiçəkləri isə boruşəkilli, ikicinsli, sarı rənglidir. Toxumcası oval, azca əyilmiş, qarın tərəfdən 5 qabırğacıqlıdır, kəkilsizdir. Geniş istifadə olunan dərman bitkisidir.