Cins: Omalotheca - Omaloteka print

Avrasiya və Şimali Amerikada yayılan növlərindən keçmiş SSRİ-də 6 növü məlumdur. Onlardan Azərbaycanda 4 növə rast gəlinir. Respublikanın Böyük və Kiçik Qafqaz, eləcə də, Naxçıvan regionlarında subalp və bəzən alp qurşağına qədər qalxır. Alçaq kolluqlardan ibarət cəngəlliklərdə, çəmənlərdə, daşlı yerlərdə, meşənin tala yerlərində yayılır. Hündürlüyü 5-20 (30) sm olan, çoxillik otlardır. Yarpaqları, adətən, xətvaridir. Səbətləri sünbül çiçək qrupuna yığılır. Toxumcası oval, ağımtıl tükcüklüdür.