Cins: Xanthium - Pıtraq print

Əsasən, Amerikada yayılan 70 növü var (Kolakovskiy, 1982). Bir çox növləri Avrasiyada adventiv olaraq yayılmışdır. Azərbaycanda da adventiv 3 növü məlumdur. 

Cinsin növləri bir-birindən yarpağın forması, onun qaidəsində olan tikanların olub-olmaması və forması ilə fərqləndirilir. Meyvələr heyvanların tükünə, insanların paltarına ilişərək yayılır. Vitaminli, boya əhəmiyyətli və texniki bitkilərdir.