Cins: Psephellus - Psefellus print

İran, Kiçik Asiya və Qafqazda yayılan 30-a yaxın növü var. Azərbaycanda Talış, Böyük və Kiçik Qafqaz regionlarında yayılan 7 növü məlumdur. Onlardan 2-si Azərbaycandan (Qarabağdan və Zuvanddan) təsvir olunub. Cinsin əksər növləri Qafqaz endemləridir. Cinsin növlərinə aşağı dağ qurşağından subalp qurşağadək kserofil kolluqların arasında, dağ çəmənliklərində rast gəlinir. Çoxillik otlardır. Yarpaqları lələkvari kəsilmiş, bəzən bütövdür. İri səbətləri tək-tək gövdənin ucunda yerləşir. Örtük yarpaqları kirəmidvari düzülüb, pulcuqvari, kənarı kirpikşəkilli çıxıntılıdır. Çiçəkləri tünd qırmızı və ya qırmızı, toxumcası uzunsov, qısa kəkillidir. Dekorativ bitkilərdir.