Cins: Galatella - Qalatella print

Avrasiya və Qafqazda yayılan 50-ə yaxın növü var. Azərbaycanda cinsin 4 növünə rast gəlinir. Çoxillik otlardır. Səbət çiçəkləri qalxan tipli çiçək qrupuna yığılır, çiçəkləri dilcik və boruşəkilli, mavi, sarı rənglərdə olur. Kənardakı çiçəklər dilcikşəkilli yaxud bütün çiçəkləri boruşəkilli, steril, ortadakılar isə boruşəkilli, ikicinsli (Galatella s.str.) yaxud bütün çiçəklər boruşəkilli, ikicinslidir. Toxumcası uzunsov, tükcüklüdür.