Cins: Garhadiolus - Qaradiolus print

Asiya və Qafqazda yayılan 4-5 növü var. Azərbaycanda 2 növü məlumdur. Birillik, tükcüklü, hündürlüyü 20 sm-dək olan bitkilərdir. Yarpaqları uzunsov-lansetvaridir. Səbət xırda, çiçəklər dilcikşəkilli, sarı, toxumcası silindrvaridir.