Cins: Serratula - Qıfsəbət print

Avrasiya və Şimali Afrikada yayılan 50 növü məlumdur. Azərbaycanın əksər rayonlarında, arandan subalp qurşağadək, meşə və kolluqlarda, quraq yamaclarda, yovşanlı bitkilik qruplaşmaları tərkibində yayılan 7 növü var. Onlardan 2-si Azərbaycandan təsvir olunub. Çoxillik otlardır. Yarpaqları lələkvari və ya bütov ayalıdır. Səbət çoxçiçəkli olub, çiçəkləri boruşəkilli, ikicinsli, tünd qırmızı yaxud qırmızı rənglidir. Toxumcası uzunsov, hamar, kəkili sərt tükcüklüdür.