Cins: Cicerbita - Siserbita print

Avrasiya, Şimali Amerika və Qafqazda yayılan 20-ə yaxın növü var. Azərbaycanda Qafqaz, Talış və Naxçıvan regionlarında, orta dağ qurşağından alp qurşağadək, əsasən meşələrdə, çəmənlərdə, həmçinin daşlı-qayalı və gilli yamaclarda yayılan 3 növü məlumdur. Çoxillik, hündür otlardır. Yarpaqları iri, uzunsov yaxud lələkvari, səbət çoxçiçəklidir. Sarğı yarpaqları 2 sırada düzülür, dilcikşəkilli çiçəkləri sarımtıl yaxud mavi rəngli, toxumcası kəkillidir.