Cins: Steptorhamphus - Steptoramfus print

Avrasiya və Qafqazda yayılan 3 növündən Azərbaycanda 2 növə rast gəlinir. Onlara Qafqaz, Naxçıvan regionlarında, həmçinin Qobustan və Bozqır yaylada, aşağı və orta dağ qurşağında quraq, daşlı-qayalı yerlərdə təsadüf olunur. Çoxillik, qalınlaşan kökə malik bitkidir. Yarpaqları bütöv yaxud lələkvari-bölümlü, səbət azsaylı, iri və çoxçiçəklidir. Ləçəkləri dilcikşəkilli, sarı yaxud bənövşəyi-göyümtül, sarğı kirəmidvari düzüləndir. Toxumcası buruncuqlu, kəkili uzun, yumşaq tükcüklüdür.