Növ: Amblyocarpum inuloides print

Növün arealı Xəzərətrafı, Şimali İranı əhatə edir. Azərbaycanda Talışdan başqa böyük Qafqaz regionundan da məlumdur. Əsasən, aşağı dağ qurşağı meşələrində, meşənin tala yerlərində yayılır. Birillik, seyrək tükcüklü bitkidir. Yarpaqları uzunsov-lansetşəkilli, səbətlər tək-tək yaxud iki-iki olmaqla budaqların ucunda yerləşir, çiçəkaltlıqlıdır. Səbətdə kənar çiçəklər dilcikşəkilli, dişicikli, ağımtıl, ortadakılar isə boruşəkilli, 5 dişcikli, ikicinslidir. Toxumcası xırda, kəkilsizdir.