Aləm: Viroidlər print

Yalnız həlqəvi RNT-yə malik olan infeksion agentdir. Viroidlər bitkilərdə müxtəlif virüs xəstəliklərinin törədiciləri hesab edilir. Viroid 246 – 467 nukleotiddən ibarət birzəncirli qapalı RNT molekulundan ibarət olur. Müqayisə üçün qeyd edək ki,ən kiçik virüs 2000 nukleotiddən ibarətdir. Viruslardan fərqli olaraq viroidlərin zülal təbəqəsi olmur. Viroidlərdə həlqəvi RNT, adətən, çöpşəkilli olur. Buna səbəb RNT molekulunun azot əsasılarının birləşməsidir. Bəzi viroidlər yoluxmuş hüceyrələrin nüvəsi daxilində yerləşir. Buradakı viroid genomlarının sayı 200 – 100 000 nüsxəyə çatır. Digər viroidlər xloroplastlarda yerləşir. Viroid RNT-si hər hansı bir zülalı kodlaşdıra bilmir. Buna görə də onlar sərbəst replikasiya edə bilmir.

1920-ci ildə Amerika fermerləri kartoflarda qəribə xəstəlik simptomunun şahidi oldular. Yoluxmuş kartof yumruları adi forma əvəzinə uzunsov görkəm almışdı. Bu kartoflarda heç bir bakteriya və göbələk müşahidə edilmirdi. Yalnız 1971-ci ildə Teodor Diner yoluxdurucu agentin virus deyil, tamamilə yeni tip patogen olduğu müəyyən edildi. Onun ölçüləri viruslara nisbətən 80 dəfə kiçik idi. Buna görədə o viroid (“virusabənzər”) adlandırıldı. 1976-cı ildə H. Zanger və başqaları kartof patogeninin birzəncirli, kovalent qapalı, həlqəvi RNT molekulundan ibarət olduğunu sübut etdilər (Potato spindle tuber viroid ("PSTVd").

Genom RNT-sinin molekulunun konservativ hissəsinin analizi əsasında viroidlər iki fəsiləyə (Avsunviroidae və Pospiviroidae) bölünür.

Virusların Taksanomiyası üzrə Beynəlxalq Komitənin (ICTV) hesabatlarına görə (2016-cı il) Avsunviroidae fəsiləsinə aid 3 cins (Avsunviroid,  Pelamoviroid, Elaviroid) təsvir edilmişdir. Burada

Bu fəsiləyə Avocado sunblotch viroid (ASBVd), Peach latent mosaic viroid (PLMVd), Eggplant latent viroid (ELVd) viroidləri daxildir.

Virusların Taksanomiyası üzrə Beynəlxalq Komitənin (ICTV) hesabatlarına görə (2016-cı il) Pospiviroidae fəsiləsinə aid 5 cins (Pospiviroid, Hostuviroid, Cocadviroid, Apscaviroid, Coleviroid) təsvir edilmişdir.

Bu fəsiləyə Potato spindle tuber viroid (PSTVd), Citrus exocortis (CEVd), Hop stunt viroid (abbreviated HSVd), Coconut cadang-cadang viroid (CCCVd), Apple scar skin viroid (ASSVd) və Coleus blumei viroid (CBVd) viroidləri daxildir.