Növ: Koelpinia linearis print

Əksər rayonlarında, arandan orta dağ qurşağınadək gilli, qumsal torpaqlarda, quraq yamaclarda, alaq bitkiləri arasında geniş yayılıb. Gövdəsinin hündürlüyü 5-30 sm olan, birillik bitkidir. Yarpaqları ensiz-xətvari, səbət azçiçəkli, gövdənin ucunda yerləşir. Çiçəkləri dilcikşəkilli, sarı, sarğı yarpaqlarından uzun, toxumcası qövsvari əyilən, qarmaqvari, tikancıqlıdır.