Növ: Kemulariella rosea print
- Hüceyrəli formalar
- Üst aləm: Eucaryota
- Aləm: Plantae
- Alt aləm: Embryophyta
- Şöbə: Angiospermae və ya Magnoliophyta
- Sinif: Dicotyledoneae
- Fəsilə: Compositae
- Cins: Kemulariella
- Növ: Kemulariella rosea
Kemulariella rosea Azərbaycandan (Qusar rayonunun Sudur kəndi ətrafından – Şahdağdan) təsvir olunub. Hündürlüyü 10-30 sm olan, çoxillik bitkidir. Gövdəsi qaidəsində odunlaşır, yarpaqları uzunsov-xətvaridir. Səbət çiçək qrupu gövdənin ucunda tək-tək yerləşib, kənardakı çiçəklər dilcikşəkilli, ağ yaxud çəhrayı rənglidir. Sarğı yarpaqları 2 sırada yerləşir. Toxumca uzunsov, kələ-kötür tükcüklüdür. Dekorativ bitkidir.