Növ: Tussilago farfara - Adi dəvədabanı print

Tussilago farfaa Azərbaycanda - Böyük və Kiçik Qafqaz regionlarında, Samur-Dəvəçi ovalığı və Naxçıvanda, arandan yuxarı dağ qurşağınadək (2200 m) çay vadilərində, açıq gilli torpaqlarda yayılıb. Çoxillik ot bitkisidir, sürünən kökümsovu odunlaşır. Gövdə yarpaqları uzunsov lansetvari, adətən, bənövşəyi rəngə çalan, kökətrafı yarpaqları isə enli, alt tərəfdə ağ keçə tükcüklüdür. Səbət tək-tək yerləşir, qızılı sarı rəngli, toxumcası qabırğacıqlıdır. Qədim dövrlərdən dərman bitkisi kimi istifadə olunur. Aşılayıcı, vitaminli bitkidir. Yarpaqlarından ədviyyat kimi istifadə olunur. Sitosterin, flavanoid, üzvi turşular, polisaxaridlər, efir yağı, rubin, C vitamini, bir sıra makro və mikro elementlərlə zəngindir.