Növ: Aruncus vulgaris print

Arunkus qalınlaşmış kökümsovlu, 1-2 m-ə qədər hündürlüyündə, çoxillik bitkidir. Yarpaqları iki-üç qat üçər bölümlüdür. Çiçəkləri ağ rəngli, xırda, çiçək qrupları süpürgə tiplidir. Kasa yarpaqları və ləçəkləri 5 ədəddir. Erkəkcikləri 15-30-dur. Meyvə yarpaqları 3-5 olur. Gineseyi apokarpdır. Meyvələri çalov meyvədir. Dekorativ bitkidir. Yarpaq və çiçəyində qlükozidlər aşkar edilib.