Növ: Laurocerasus officinalis print

Bu növ Talış və Böyük Qafqazda, aşağı və orta dağ qurşağı meşələrində, çox vaxt meşəaltı bitki kimi cəngəlliklər əmələ gətirir. Həmçinin dekorativ bitki kimi Bakıda, Gəncədə, Lənkəranda və b. şəhərlərdə becərilir. 5-6 metrə qədər hündürlükdə, həmişəyaşıl ağac və ya koldur. Yarpaqları parlaq, uzunsov-oval, çiçəkləri ağdır, ətirlidir. Meyvəsi qaramtıl çəyirdəkmeyvədir. Qiymətli bitkidir. Təzə yarpaqlarından alınan dərman homeopatiya, epilepsiya, göy öskürək, vərəm və ürək xəstəliklərinin müalicəsində istifadə olunur. Tərkibində həmçinin, zəhərli alkaloid var.