Növ: Mespilus germanica - Alman əzgili print

Bu növə həmçinin Azərbaycanda adi bitki kimi bütün rayonlarda, arandan orta dağ qurşağınadək meşə və kolluqlarda rast gəlinir. Çox vaxt meşəaltı bitki kimi yayılır. Bir çox formaları var. İri meyvəli sortları becərilir. Hündürlüyü 3-6 m-ə çatan ağac və ya koldur. Çiçəkləri iri, ağ, ikicinslidir, budaqlarıın ucunda tək-tək yerləşir. Çiçəkyanlığı yarpaqları 5 ədəd, erkəkcikləri çoxdur. Meyvəsi oval, ətli, çəyirdəklidir. Meyvələri yeyilir. Aşı maddəli, vitaminli, dərman və dekorativ bitki kimi qiymətlidir. Oduncağından istifadə olunur.