Cins: Hemerocallis - Günotu print

Çox vaxt 1gün ərzində çiçəkləyib solur. Latınca “hemera”-gün, “callos”-gözəl deməkdir. Çoxillik, sürünən kökümsovlu bitkidir. Yarpaqları xətvari, açıq-yaşıl olub, kökətrafında yerləşir. Çiçək oxu çiçək qrupundan uzundur, çiçəkləri axşamlar yaxud rütubətli havada açılır. Dekorativ bitkidir. Kiçik Qafqazda, Naxçıvanda, Lənkəran aranında rütubətli yerlərdə, kanal kənarında rast gəlinir. Ehtimal olunur ki, yabanılaşmış haldadır.