Növ: Pentaphylloides fruticosa print

Bu növə Böyük Qafqaz və Lənkəran dağlıq ərazilərində, meşə altında və kolluqlarda rast gəlinir. Hündürlüyü 1m-ə çatan kol olub xırda üçyarpaq, yaxud lələkvari yarpaqları var. Çiçəkləri tək-tək yerləşir, ləçəkləri sarıdır. Yarpağında “C” vitamini var, dekorativ bitkidir. Azərbaycanda Nəbatət bağında introduksiya olunub.