Növ: Agrimonia eupatoria print

Bu növə Azərbaycanın demək olarki, bütün rayonlarında, orta dağ qurşağınadək seyrək meşəliklərdə, kolluqlarda, çay kənarlarında, çəmən bitkiliyi tərkibində rast gəlinir. Gövdəsi hündür (50-125 sm), yarpaqları lələkvaridir. Çiçəkləri sarı, sünbül çiçək qrupuna yığılan çoxillik ot bitkisidir. Aşılayıcı, boya (sarı rəng) və xalq təbabətində istifadə olunan bitkidir.