Cins: Sternbergia - Şternbergiya print

Aralıq dənizi, Kiçik Asiya, İran və Orta Asiya ölkələrində yayılan 5 növündən Azərbaycanda arandan orta dağ qurşağınadək quru yamaclarda yayılan 3 növü var. Soğanaqlı çoxillik bitkilərdir. Xətvari yarpaqları kök boyuncuğu ətrafında yerləşir. Gövdəsi yarpaqsız olub, ucunda 1 ədəd sarı rəngli çiçək yerləşir. Çiçəkyanlığı yarpaqları yuxarıda 6 bölümlü, erkəkcikləri 6 ədəddir. Meyvəsi lətləşmiş qutucuqdur. Bəzək bitkiləridir. Cinsin hər üç növü Azərbaycan Respublikasının “Qırmızı kitab”ına salınmışdır.