Növ: Eriobotrya japonica print

Respublikanın bir çox bölgələrində, xüsusən subtropik iqlimli (Lənkəran, Şəki-Zaqatala və b.) rayonlarda əkilir. Vətəni Mərkəzi Çin hesab olunur. Həmişəyaşıl ağac və koldur. Yarpaqları dərivari, çiçəkləri ağ rəngli, ətirlidir. Meyvələri sarı rəngli, toxumları iri, qəhvəyidir. Oktyabr-noyabr aylarında çiçəkləyir, may-iyun aylarında meyvə verir. Abşeronda (Bakıda) 6-7 illik ağacları meyvə verməyə başlayır. İstisevən bitkidir. Toxumla asan çoxalır. Toxumu meyvəni yedikdən dərhal sonra əkilsə bitmə faizi yüksək olur. Qələm və calaq (heyvaya, armuda, yemişana) vurmaqla çoxaldıla bilir. Dekorativ bitkidir. Meyvəsinin dadı turşməzə və xoşagələndir, şəkərlidir. Yaxşı sortlarında 9-12 % şəkər olur. Böyrək xəstəliklərinin müalicəsində faydalıdır.