Növ: Asperugo procumbens print

Ona həmçinin Azərbaycanın bütün rayonlarında arandan orta dağ qurşağınadək alaq bitkisi kimi bağ və bostanlarda, əkinlərdə, yol kənarlarında, zibilli yerlərdə rast gəlinir. Birillik, sərt tüklərlə örtülü bitkidir. Yarpaqları bütöv olub, üzəri tükcüklüdür. Çiçəkləri xırda, oturaq, bənövşəyidir, sonradan göyümtül rəng alır. Fındıqçası xırda, qırışıqlı bitkilərdir. Ədviyyə və vitaminli bitki olması qeyd olunur.