Növ: Huynhia pulchra - Gözəl huniya print

Respublikanın Böyük və Kiçik Qafqaz rayonlarında, subalp və alp qurşaqda dağ çəmənləri tərkibində, əhəng daşlı-qaya töküntüləri arasında geniş yayılıb. Çoxillik, yumşaq tükcüklü, kökü tünd qəhvəyi rəngli bitkidir. Gövdəsi 1-3, dikdurandır. Yarpaqları lansetvaridir. Çiçəkləri 2-3 olmaqla gövdənin yuxarısında yerləşir, tacı açıq-sarı rənglidir. Fındıqçası üçtilli-ovalşəkillidir.