Cins: Ruscus - Bigəvər print

Aralıq dənizi ölkələrində yayılan 7 növündən Azərbaycanda 1 növə təsadüf edilir. O, Lənkəran rayonunda aran və aşağı dağ qurşağında Hirkan meşəsində bəzən meşəaltı örtük əmələ gətirir. Hündürlüyü 20-60 sm olan həmişəyaşıl yarımkoldur.

Kladodiləri dərivaridir, yaşıldır, ucu sivridir. Çiçəkləri kladodinin üzərində olan pulcuqşəkilli yarpağın qoltuğunda yerləşir. Bircinsli çiçəkləri xırdadır, yaşıldır. İkievli bitkidir. Meyvələri qırmızı rəngli giləmeyvədir. Dekorativ bitkidir.