Cins: Danae - Danaya print

Həmişəyaşıl, kökümsovlu, gövdəsi budaqlanan yarımkoldur. Kladodiləri lansetşəkillidir, ucu sivridir. Xırda çiçəkləri ikicinslidir. Çiçəkyanlıqları bitişik yarpaqlı olub, ağ rənglidir. Meyvəsi qırmızı rəngli giləmeyvədir. Respublikanın İsmayıllı, Qəbələ və Lənkəran rayonlarında aran və aşağı dağ qurşağı meşələrində, kölgəli yerlərdə bitir. Dekorativ və dərman bitkisidir.