Növ: Atropa caucasica print

Çoxillik, kökümsovlu bitkidir. Gövdələri budaqlıdır, yaşıldır və ya bəzən qırmızımtıldır, adətən, çılpaqdır. Yarpaq ayası iridir, yumurtavaridir, çiçəkləri iridir, tək-tək və ya bəzən ikişər yerləşir. Kasacığı 5 bölümlüdür, meyvənin yanında qalır, vəzili tüklərlə örtülüdür. Tacı boruvari zəngşəkillidir.  Büküyü 5 bölümlüdür, ləkəli qonur-bənövşəyi rənglidir. Erkəkcikləri beşdir. Meyvəsi ikiyuvalı, şirəli bənövşəyi rənglidir. Xanımotunun bütün hissələrində zəhərli alkoloidlər vardır. Ondan alınan atropin alkoloidi göz xəstəliklərinin, mədə xəstəliyinin müalicəsində işlədilir.