Növ: Nymphoides peltata print

Kür-Araz ovalığında xırda göllərdə və axmazlarda yayılan 1 növü məlumdur. Kökümsovu sürünən, çoxillik su-bataqlıq bitkisidir.Yarpaqları uzun saplaqlı, ayası girdə-ürəkvaridir. Tacı sarı, qutucuğu uzunsov-oval, 1 yuvalı, açılmayandır. Dekorativ və qida əhəmiyyəti var.