Növ: Menyanthes trifoliata print

Bu növün Naxçıvanın dağlıq ərazisindən (Batabat gölü) və Kiçik Qafqazın şimalından bataqlıqların, göllərin ətrafından, çəmənliklərdən toplanması qeyd olunur. Kökümsovu yoğun, sürünən, çoxillik su-bataqlıq bitkisidir. Yarpaqları uzun saplaqlı, üçərdir. Tacı xaricdən ağ, daxildən adətən, çəhrayı rənglidir. Qutucuğu 2 qapaqla açılır. Tibbi, boya əhəmiyyətli, vitaminli bitkidir.