Növ: Pterocephalus plumosus print

Bu növ respublikanın bütün rayonlarında, orta dağ qurşağınadək (1600 m) quraq çınqıllı yamaclarda, kolluqlarda, bağlarda və alaq bitkiləri arasında yayılıb. Yaxın arealı Türkiyədə olan cinsin digər növünün (P.szovitsii Boiss.) Azərbaycanda (Çerepanov, 1979) rast gəlinməsi ehtimal olunur. Bir və ikiillik bitkidir. Başcıq çiçək qrupu uzun saplaqda yerləşir. Ləçəkləri qızılgül rəngli bitkidir.