Cins: Platanthera - Ləçəkotu print

Avroasiya, Şimali Amerika və Şimali Afrikanın mülayim qurşağında yayılan 200 növü var. Azərbaycanda 2 növü yayılmışdır. Cinsin növlərində dodaq yarpaq bütövdür, uzundur, sapvari mahmıza malikdir. Pollini ayaqcıqlı, çiçəkləri ağımtıl, kök yumruları bütövdür. Növləri bir-birindən əsasən mahmızın əlamətləri ilə seçilir. Dərman və efir yağlı bitkilərdir.