Cins: Epipactis - Mürgəkotu print

Avroasiya, Afrika və Şimali Amerikanın mülayim qurşağında yayılan 25 növü var. Azərbaycanda orta dağ qurşağınadək əksər botaniki-coğrafi rayonlarda meşələrdə və kolluqlarda yayılmış 6 növünə rast gəlinir. 

Kökümsovlu bitkilərdir. Dodaq yarpağı mahmızsızdır, orta hissədən sıxılaraq “gitara” şəkli almışdır, qırmızımtıl və ya yaşıl-qırmızı rənglidir. Cinsin növlərə ayrılmasında dodaq yarpağın və çiçəkaltı yarpağın əlamətlərindən istifadə olunur. Dərman bitkisidir. Həmçinin dekorativ əhəmiyyətlidir.