Cins: Ophrys - Quşsəhləbi print

Avropa, Qərbi Asiya və Şimali Afrikada yayılan 35 növü var. Azərbaycanda 4 növə rast gəlinir. Kökümsov soğancıqlara malikdir. Uzunsov yarpaqları gövdənin aşağısında yerləşir. Çiçəkyanlığının dodaq hissəsi 3 bölümlüdür, mahmızsızdır. Pollinilər ayaqcıq üzərindədir. Dekorativ bitkilərdir.