Cins: Orchis - Səhləb print

Şimal yarımkürəsinin soyuq, mülayim və subtropik qurşaqlarında yayılan 85 növü var. Azərbaycanda 16 növə rast gəlinir. Onlara Azərbaycanın əksər rayonlarında arandan subalp qurşağadək rütubətli yerlərdə, meşələrdə, kolluqlarda, bəzən bataqlıqlaşmış yerlərdə təsadüf edilir. Səhləblər 1 erkəkcikli kök yumrularına malik çoxillik bitkilərdir. Yumruları girdə, uzunsov, ellipsşəkilli olur. Yarpaqları yaşıl rənglidir. Çiçəkləri sünbül çiçək qrupuna toplanır, çiçəkyanlığının dodaq hissəsi 3 dilimlidir, mahmızlıdır. Pollinilər ayaqcıqlıdır. Yumurtalığı çiçək açılanda burulur, ləçəkləri qırmızı, bənövşəyi, sarı, çəhrayı və s. rənglidir. Bəzək bitkiləridir, kökümsovundan bioloji fəal maddələr alınır.