Cins: Juncus - Cığ print

Hər iki yarımkürənin əsasən mülayim iqlimli qurşaqlarında yayılan 250 növündən Azərbaycanda 20 növünə rast gəlinir. Onlar arandan subalp qurşağadək hər yerdə çay və göllərin kənarlarında, rütubətli yerlərdə yayılırlar. Bunlardan 2-si (dəyişkən cığ, qurbağa cığı) birillik, qalanları isə çoxillik kökümsovlu otlardır. Yarpaqları yastı, boruşəkilli, bəzən ucu tikana bənzər sivridir (iti cığ). Çiçəkaltlıqları vardır, yumurtalıqları 1-3 yuvalı, meyvələri çoxtoxumlu qutucuqdur. Torpaq erroziyasına qarşı və küləyin qarşısının alınmasında “çəpər” kimi istıfadə olunur.