Şöbə: Bacillariophyta - Diatom yosunlar print

Bu şöbəyə çoxhüceyrəli orqanizmlər, bəzən koloniya formaları aiddir. Birhüceyrəli formalarına da rast gəlmək olar. Onların 25 700 növü məlumdur. Hüceyrələrində sitoplazma və nüvə mövcuddur. Hüceyrə divarı kremnezemdən ibarətdir, buna görə də onu zireh adlandırırlar. Şirin su hövzələrində, dənizlərdə, okeanlarda yaşayır, fitoplanktonun tərkibinə daxildir.

Bu yosunların hüceyrələrində lövhəciklər və ya dənə şəklində olan, tərkibindəki piqmentlər (karotin, ksantofil və onun diatomin adlanan variantı) sayəsində müxtəlif rənglərə boyanan xloroplastlar mövcuddur. Buna görə də diatom yosunlarını qızılı-qəhvəyi adlandırırlar. Diatom yosunlar hüceyrə divarının quruluşuna görə 3 sinfə bölünür: centrophyceae, mediatophyceae, pennatophyceae.

Onlar hüceyrələrin tən yarıdan bölünməsi yolu ilə çoxalır. Bəzi ayrı-ayrı növləri cinsi yolla çoxala bilir. Diatom yosunları diploid orqanizmlərdir və təbiətdə mühüm rol oynayır. Onlar balıqların əsas qida mənbəyini təşkil edir. Mənşəyi elmə məlum deyil.